Qarabağ müharibəsi: Humanitar atəşkəs və Gəncəyə hücumlar – baş verənlərin xronogiyası

Azərbaycan Respublikası və Ermənistan Respublikası 18 oktyabr, yerli vaxtla saat 00.00 dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq veriblər. Azərbaycan Müdafiə Nazirliyi bu gün səhər sübhdən Ermənistan tərəfinin atəşkəsə əməl etməməsilə ilə bağlı məlumat yayıb.

Canlı reportaj

  1. "Erməni əsirlərlə" bağlı olduğu deyilən görüntülər "saxtadır" - Baş Prokurorluq

    Baş Prokurorluq bildirib ki, "guya Azərbaycan hərbçilərinin erməni əsirlərinə qarşı qanunsuz davranışları ilə bağlı və guya azərbaycanlı həkimlərin yaralılara qarşı laqeyd münasibət göstərmələrini əks etdirən" videolarla əlaqədar "araşdırma aparılıb və onların saxta olması müəyyən edilib".

    "Bildiririk ki, beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə ermənilər tərəfindən səhnələşdirilən bu tipli videolar təxribat xarakteri daşıyır. Videoların Azərbaycan hərbi qulluqçularının döyüş fəaliyyətinə, o cümlədən cəmiyyətimizə heç bir aidiyyəti yoxdur", qurum qeyd edib.

    Baş Prokurorluq Azərbaycan vətəndaşlarından belə videoları ictimailəşdirilməməyi xahiş edib.

    Ermənistan Ombudsmanı dünən "erməni əsirlərə" aid olduğu iddia olunan görüntülərlə bağlı Azərbaycan Ordusunu ittiham edib.

    Azərbaycan Müdafiə Nazirliyi də görüntüləri "saxta" adlandırıb.

  2. Təcili xəbər, İlham Əliyev: "Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib"

    "Azərbaycan Ordusu tərəfindən Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!", - Azərbaycan Prezidenti İlham Əliyev öz Twitter hesabında yazıb.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

  3. Zohrab Mnatsakanyan: “İndiyədək 32 mülki şəxs həlak olub, 106 nəfər yaralanıb”

    BBC

    Şəklin mənbəyi, Zohrab Mnatsakanyan

    Ermənistan tərəfi müharibə nəticəsində indiyədək azı 32 mülki insanın həlak olduğunu, 106 nəfərin isə yaralandığını açıqlayıb.

    Bu barədə Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan cümə günü Yerevanda Yunanıstan xarici işlər naziri Nikos Dendiasla mətbuat konfransında bildirib.

    O qeyd edib ki, yaralıların 86 nəfərinin vəziyyəti ağırdır.

    Nazir həmçinin bildirib ki, 6 nəfər 10 oktyabr humanitar atəşkəsindən sonra həlak olub.

    Mnatsakanyan iddia edib ki, Azərbaycan hərbi obyektlərlə mülki yaşayış məntəqələri arasında fərq qoymur.

    Azərbaycan bəyan edib ki, hərbi əməliyyatlar zamanı heç bir yaşayış məntəqəsi, mülki şəxs və ya dini-tarixi abidələr hədəfə alınmır.

    Atəşkəsdən sonra Azərbaycan tərəfdən azı 15 nəfər həlak olub. Ümumilikdə isə, sentyabrın 27-dən bəri 47 mülki şəxs həlak olub, 222 nəfər yaralanıb, Baş Prokurorluq bildirib.

  4. Azərbaycan və Ermənistan güzəştə gedəcəkmi? Bakı və Yerevanın “qırmızı xətti” nədir?

    İlham Əliyev, Nikol Paşinyan

    Şəklin mənbəyi, Ria Novosti

    Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həllində gedə biləcəkləri güzəştdən və “qırmızı xətdən” danışıblar.

    Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyov hər iki ölkə liderindən soruşub ki, onlar hansı güzəştə hazırdılar və elə bir hədd varmı ki, onlar heç bir halda həmin həddən geri çəkilməzlər?

    İlham Əliyev deyib ki, Ermənistan qüvvələri Azərbaycan ərazisindən “dərhal, tamamilə və qeyd-şərtsiz” çıxarılmalıdır: “Qırmızı xətlərə” gəldikdə isə biz bunu çox dəqiq bəyan etmişik və Minsk qrupunun həmsədrləri bunu yaxşı bilirlər. Azərbaycanın ərazi bütövlüyü heç bir şərtlə pozula bilməz. Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə heç bir şərtlə razılıq verməyəcək. Lakin, eyni zamanda, bizim təklifimiz buna əsaslanırdı ki, gələcəkdə Dağlıq Qarabağ ərazisində erməni icması və Azərbaycan icması dinc yanaşı yaşamalıdır”.

    Nikol Paşinyan deyib ki, onlar üçün “qırmızı hədd” “Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququdur”. Baş nazir bildirib ki, Moskva bəyanatında konkret danışıqlar prosesinin necə bərpa edilməsi barədə konkret addımlar razılaşdırılıb və bu razılaşdırma altında artıq konkret addımlar qeyd olunub. “Biz Dağlıq Qarabağ problemini həll etmək üçün bu addımları atmağa hazırıq. Biz bu cür kompromislərə hazırıq. Biz Azərbaycanın hazır olduğu proporsional kompromislərə hazırıq,” – o əlavə edib.

  5. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistan Baş naziri Nikol Paşinyanın "dünya ermənilərinin Avropada avtomobillər yollarını bağlaması" barədə tvitinə şərh yazıb.

    "Ermənistan hökumətinin təhriki ilə erməni lobbi qrupları Avropa şəhərlərində əsas yolların hərəkətini pozur, insanlar üçün çətinliklər yaradır, iqtisadiyyata zərər vurur və COVID-19-u yayırlar. Ermənistan bu cür təxribatlara əl atmaq yerinə Azərbaycan torpaqlarının işğalına son qoymalıdır", o deyib.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

  6. Paşinyan: "Ermənilər Avropada dövlətlərarası avtomobil yollarını bağlayıblar"

    Ermənistan Baş naziri Nikol Paşinyan Twitter-də yazıb ki, xarici ölkələrdə yaşayan ermənilər "həmişəki kimi birləşərək Artsaxın" (tanınmamış "Dağlıq Qarabağ Respublikası") beynəlxalq tanınması tələbilə Avropada dövlətlərarası avtomobil yollarını bağlayıblar.

    Onun sözlərinə görə, belə aksiyalar Fransadan İspaniyaya, Belçikadan Hollandiyaya, Danimarkadan Almaniyaya, İsveçrəyə və daha çox [yerlərdə] keçirilib.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

  7. Tərtər: Həlak olanların dəfn mərasimləri axşam vaxtı keçirilib - fotolar

    Tərtərdə həlak olanların dəfn mərasimləri qəbiristanlığa mümkün hücumlardan qorunmaq üçün axşam saatlarında keçirilib.

    Bu barədə fotolar yayılıb.

    Ötən gün Tərtərdə qəbiristanlığın atəşə tutulması nəticəsində 4 nəfər həlak olub, 4 nəfər yaralanıb.

    Oktyabrın 15-də Qafqaz Müsəlmanları İdarəsinin rəsmisi bildirib ki, “Tərtərdə dəfni aparan molla, qəbiristanlıq işçisi də yaralıdır”.

    Azərbaycan Ermənistan Qarabağ Dağlıq Qarabağ Münaqişə müharibə

    Şəklin mənbəyi, Getty Images

    Azərbaycan Ermənistan Qarabağ Dağlıq Qarabağ Münaqişə müharibə

    Şəklin mənbəyi, Getty Images

  8. Hikmət Hacıyev: "Ermənistan münaqişənin coğrafi əhatəsini genişləndirməyə çalışır"

    Hikmət Hacıyev

    Azərbaycan Prezidenti Hikmət Hacıyev deyib ki, Ermənistan Ordubada raket hücumu ilə "münaqişənin əhatəsini genişləndirməyə çalışır".

    O, bu barədə Twitter hesabından yazıb.

    "Ermənistan Naxçıvanın Ordubad bölgəsinə raket hücumu edib. Bu, Ermənistanın bütün yollarla münaqişənin coğrafi əhatəsini genişləndirməyə çalışdığına dəlalət edir. Hərbi əməliyyat teatrının xaricində Azərbaycan şəhərlərinə raket atəşi açılır. Bütün məsuliyyət Ermənistanın üzərinə düşür".

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

  9. Putin Təhlükəsizlik Şurasının üzvləri ilə "Qarabağdakı vəziyyəti müzakirə edib"

    Putin Qarabağ Təhlükəsizlik Şurası

    Şəklin mənbəyi, TASS/Rusiya Prezidentinin mətbuat xidməti/Aleksey Drujinin

    Rusiya Prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.

    RİA Novosti agentliyi yazır ki, bu barədə Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.

  10. Ermənistan Parlamenti "türk mallarına qadağa" barədə qanun layihəsinə baxacaq

    Ermənistan parlamentinə 2021-ci ilin yanvarından etibarən ən azı 6 ay müddətinə Türkiyədən mal idxalının müvəqqəti qadağan edilməsi barədə qanun layihəsi təqdim edilib.

    Bu planlar Türkiyənin Qarabağ müharibəsində Azərbaycana verdiyi dəstəklə əlaqədardır.

    Türkiyənin bu barədə şərhi hələlik məlum deyil.

  11. Ermənistan Ordubada raket atılması məlumatını təkzib edib

    "Ermənistan tərəfindən Naxçıvan Muxtar Respublikası istiqamətində heç bir zərbə olmayıb", öz Facebook səhifəsində nazirliyin mətbuat katibi Şuşan Stepanyan məlumat verib.

    Stepanyan məlumatı "yalan" adlandırıb və Azərbaycanı "döyüş əməliyyatlarının coğrafiyasını genişləndirmək" cəhdində ittiham edib.

    Azərbaycan Müdafiə Nazirliyi qarşı tərəfin bu gün, saat 10:44-də işğal olunmuş Qubadlı rayonu ərazisindən əməliyyat-taktiki raket atdığını və bu raketin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində partladığını açıqlayıb və görüntülər yayıb.

  12. Azərbaycan MN: "Ermənistan silahlı qüvvələri Ordubada raket zərbəsi endirib"

    Azərbaycan Müdafiə Nazirliyi  Ordubad

    Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi

    Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, bu gün saat 10:44-də Ermənistan silahlı qüvvələrinin atdığı əməliyyat-taktiki raket Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində partlayıb.

    Qurum bildirir ki, erməni tərəfi raketi işğal olunmuş Qubadlı rayonu ərazisindən atıb.

    Nazirlik dinc sakinlərə və mülki obyektlərə zərər dəymədiyini açıqlayıb.

    Azərbaycan Müdafiə Nazirliyi Ordubad

    Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi

  13. Təcili xəbər, "Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli atəşə tutulur"

    Azərbaycanın Müdafiə Nazirliyi bildirib ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarını atəşə tutmaqda davam edir.

  14. Xocavənd rayonunun azad edilən kəndləri - Müdafiə Nazirliyinin videosu

    Azərbaycan Müdafiə Nazirliyi Xocavənd rayonunun işğaldan azad olunan kəndlərinin video görüntülərini paylaşıb.

    Paylaşımını ötürün YouTube
    Google YouTube məzmununa icazə varmı?

    Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

    Paylaşımın sonu YouTube

  15. Azərbaycanın Təhsil naziri: "40-a yaxın məktəb dağıntılara məruz qalıb"

    Emin Əmrullayev

    Şəklin mənbəyi, Azərtac

    Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən 40-a yaxın məktəb dağıntılara məruz qalıb, Təhsil naziri Emin Əmrullayev deyib.

    Nazir Operativ Qərargahın oktyabrın 16-da keçirilən brifinqində bildirib ki, mülki əhaliyə hücumlar nəzərə alınaraq ölkə ərazisində 1221 məktəbin fəaliyyəti dayandırılıb.

    Emin Əmrullayev əlavə edib ki, indiyədək atəş nəticəsində 3 şagird ölüb, 15 şagird isə yaralanıb.

  16. Erməni tərəfi yeni itkilər barədə məlumat verib: indiyədək 633 hərbçi ölüb

    Tanınmamış "DQR Müdafiə Nazirliyi" cümə günü daha 29 hərbçisinin öldüyünü açıqlayıb.

    Məlumatda sentyabrın 27-dən ümumilikdə 633 hərbçinin öldüyü bildirilib.

    Azərbaycan hələ ki, hərbi itkilər barədə məlumat açıqlamır.

  17. Azərbaycan XİN ABŞ Dövlət Katibinin açıqlamasına etiraz bildirib

    Azərbaycan Xarici İşlər Nazirliyi Mike Pompeo-nun şərhi ilə bağlı bildirib ki, bu fikirlər ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi statusuna uyğun gəlmir.

    "Azərbaycan tərəfi hesab edir ki, ABŞ Dövlət Katibinin fikirləri ABŞ Hökuməti tərəfindən münaqişə ilə bağlı bundan öncə edilmiş çoxsaylı rəsmi bəyanatlara uyğun deyil", XİN qeyd edib.

    Mike Pompeo 15 oktyabrda “WSB Atlanta” televiziya kanalında Dağlıq Qarabağ münaqişəsi barədə fikirlər bildirib.

    Mike Pompeo

    Şəklin mənbəyi, EPA

  18. Azərbaycanın Baş Prokurorluğu: "İndiyədək 47 mülki şəxs öldürülüb, 222 nəfər yaralanıb"

    Azərbaycanın Baş Prokurorluğu bildirib ki, Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində indiyədək 47 mülki şəxs öldürülüb, 222 nəfər yaralanıb.

    Bundan başqa, 1669 yaşayış evi, 84 çoxmənzilli yaşayış və 301 mülki obyekt yararsız vəziyyətə düşüb, qurum bildirib.

  19. İlham Əliyev: "Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə heç bir şərtlə razılıq verməyəcək"

    İlham Əliyev

    Şəklin mənbəyi, President.az

    "Azərbaycanın ərazi bütövlüyü heç bir şərtlə pozula bilməz. Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə heç bir şərtlə razılıq verməyəcək. Lakin, eyni zamanda bizim təklifimiz buna əsaslanırdı ki, gələcəkdə Dağlıq Qarabağ ərazisində erməni icması və Azərbaycan icması dinc yanaşı yaşamalıdır".

    Bu sözləri Prezident İlham Əliyev oktyabrın 15-də Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib.

    İlham Əliyev söyləyib ki, sentyabrın 27-də başlayan atışmalar "Ermənistanın Azərbaycana son üç ay ərzində üçüncü hücumudur".

    Prezident döyüş əməliyyatlarının nəticəsinin Azərbaycan Ordusu üçün "çox uğurlu" sayıb, qarşı tərəfin itkilərinin "xeyli çox olduğunu" söyləyib.

    Cənab Əliyev vurğulayıb ki, Azərbaycan tərəfində "heç bir əcnəbi muzdlu" və "hər hansı xarici hərbi iştiraka ehtiyac" yoxdur.

    İlham Əliyev söyləyib ki, Azərbaycan hazırda ölkənin müxtəlif şəhərlərində olduğu kimi azərbaycanlı və erməni icmasının ziddiyyətsiz yaşaması "əzmindədir", lakin bunun üçün "etnik təmizləmələrin nəticələri aradan qaldırılmalı və Azərbaycanın bütün məcburi köçkünləri öz evlərinə qayıtmalıdırlar".

    Prezident münaqişənin həllinin baza prinsiplərinin Azərbaycanın işğal edilmiş rayonlarının "mərhələli şəkildə azad olunmasını" nəzərdə tutduğunu bildirib.

    "Birinci mərhələdə işğal edilmiş ərazilərin cənub-şərq hissəsindəki 5 rayon, ikinci mərhələdə Dağlıq Qarabağ ilə Ermənistan arasında yerləşən ərazilər – Laçın və Kəlbəcər rayonları işğaldan azad edilməli, bütün kommunikasiyalar, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin digər hissələrində yerləşən kommunikasiyalar açılmalı, qaçqınlar və məcburi köçkünlər əvvəlki yaşayış yerlərinə qaytarılmalıdır. Bu, azərbaycanlı köçkünlərin həm Şuşa ərazisinə, həm də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin digər rayonlarının ərazisinə qaytarılmasını və Dağlıq Qarabağın tərəflər arasında razılaşdırılmalı olan qəti statusunun müəyyən edilməsinə dair danışıqları nəzərdə tutur".

    İlham Əliyev münaqişənin hərbi fazasının başa çatandan və siyasi nizamlamaya keçəndən sonra Rusiyanın "regionda sabitləşmə işində aparıcı rol oynamaqda davam edəcəyinə" əmin olduğunu bildirib.

  20. Azərbaycan MN qarşı tərəfin itkiləri barədə

    Azərbaycan Müdafiə Nazirliyi açıqlayıb ki, Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 1 ədəd BM-21 “Qrad” YARS, 5 ədəd D-30 haubitsa topu, 2 ədəd ZSU-23-4 “Şilka” özüyeriyən zenit qurğusu və döyüş sursatı ilə yüklənmiş 8 ədəd avtomobil texnikası "vurulub və sıradan çıxarılıb".

    Azərbaycan MN bildirib ki, əldə olunan məlumatlarda "Dağlıq Qarabağ ərazisinə gələn muzdluların bir qisminin döyüşə girməkdən imtina etməsi məlum olub".