Qarabağ müharibəsi: Humanitar atəşkəs və Gəncəyə hücumlar – baş verənlərin xronogiyası
Azərbaycan Respublikası və Ermənistan Respublikası 18 oktyabr, yerli vaxtla saat 00.00 dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq veriblər. Azərbaycan Müdafiə Nazirliyi bu gün səhər sübhdən Ermənistan tərəfinin atəşkəsə əməl etməməsilə ilə bağlı məlumat yayıb.
Canlı reportaj
Təcili xəbər,
Hadisə yerində olan müxbirimiz deyir ki, ərazidə axtarışlar getdiyindən ətrafa toplanmış vətəndaşlardan və jurnalistlərdən oradan uzaqlaşmaları istənilib.
"Dedilər ki, durduğumuz yerdə olan dağıntılar altında da kimsə qala bilər", müxbirimiz bildirib.
Təcili xəbər, Baş Prokurorluq: "Mingəçevirə atılan raketlər zərərsizləşdirilib"
Ermənistanın silahlı qüvvələri 17 oktyabr gecə saat 01 radələrində növbəti dəfə Mingəçevir Su Elektrik Stansiyasını hədəfə almaqla cəbhə zonasından 100 km-dən artıq uzaqlıqda yerləşən, iri sənaye şəhəri Mingəçevirə raketlər atıb.
"Raketlər Ordumuzun hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib", qurum bildirib.
Təcili xəbər, "Gəncə şəhərinə Ermənistan ərazisindən ballistik raketlər atılıb", Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib.
"Gəncə şəhərinə Ermənistan ərazisindən ballistik raketlər atılıb. Bu, döyüş bölgəsindən çox uzaqdır. Hərbi zərurət yox idi. Ermənistanın Xarici İşlər Nazirliyi çirkin şəkildə bu mənfur müharibə cinayətlərinə görə dövlət məsuliyyətini inkar etməyə çalışır", Hikmət Hacıyev Twitter-də yazıb.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.
Paylaşımın sonu X
Təcili xəbər,
5 nəfər həlak olub, 35 nəfər yaralı var. Ölənlər arasında ikisi uşaqdır, prezidentin köməkçisi Hikmət Hacıyev bildirib.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.
Paylaşımın sonu X
Təcili xəbər, Müxbirimiz: Eyni yerdə bir neçə qrup axtarış aparır, Hadisə yerində olan müxbirimiz bildirir.
Baş Prokurorluq bildirib ki, Ermənistan silahlı qüvvələri 1 oktyabr gecə saat 01 radələrində növbəti dəfə cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən Cavadxan qəsəbəsini raket atəşinə tutması nəticəsində şəhər sakinləri arasında xəsarət alanlar olub.
Qurum mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəydiyini deyir.
Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və zərər dəymiş mülki infrastruktur obyektlərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir, qurum bildirib.
İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcəkdir.
Təcili xəbər, Gəncəyə daha bir hücum:
Hadisə yerində vətəndaşlardan ərazini tərk etmələri istənilib.
Təcili xəbər, Gəncə: 20-dən çox ev dağılıb
Prezidentin köməkçisi Hikmət Hacıyev Twitter-də yazıb ki, ilk məlumatlara görə, Gəncədə 20-dən çox ev dağılıb.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.
Paylaşımın sonu X
Təcili xəbər, Gəncəyə hücum - fotolar
Şəklin mənbəyi, YouTube
Şəklin mənbəyi, YouTube
Şəklin mənbəyi, YouTube
Təcili xəbər, Mingəçevir şəhəri növbəti dəfə atəşə tutulub
Ermənistanın silahlı qüvvələri Mingəçevir şəhərini növbəti dəfə atəşə tutub, Müdafiə Nazirliyi bildirib.
Təcili xəbər,
Hazırda insanlar dağıntılar altından çıxarılır.
Tez-tez əraziyə toplanmış insanlardan sakit olmaları istənilir.
Atəşə məruz qalan ərazidə yaşayış evi olub, orada təxminən 20 ailənin yaşadığı deyilir, hadisə yerində olan jurnalistlər bildirir.
Təcili xəbər, Gəncə şəhəri atəşə tutulub: Yaralılar var
Şəklin mənbəyi, TV 100
Ermənistanın silahlı qüvvələri Gəncə şəhərini növbəti dəfə atəşə tutub, Müdafiə Nazirliyi açıqlayıb.
Yaralıların olduğu bildirilir.
Hadisə yerində bir şəhər sakini jurnalistlərə deyib ki, hücum edilmiş ərazidə uşaq sağlamlıq mərkəzi, məktəb, uşaq idman məktəbi olub və onlar da dağılıb.
Hadisə yerindən canlı yayım edən TV 100 kanalında bildirilib ki, dağılan ərazidə təxminən 20 ailə yaşayıb.
Gəncədə bir neçə partlayış səsləri eşidilib, müxbirimiz bildirir.
Şəhərin ayrı-ayrı istiqamətlərində yaşayan sakinlər bildiriblər ki, gurultudan evlərinin pəncərələrinin sınıb, evləri titrəyib.
Hadisə yerinə axtarış itləri gətirilib.
Ermənistan rəsmisi Hadrutla bağlı suala cavabdan yayınıb
Şəklin mənbəyi, Azərbaycan MN
Şəklin alt yazısı, Azərbaycan Müdafiə Nazirliyi bu gün Hadrutdan görüntü paylaşıb.
Ermənistan Müdafiə Nazirliyinin sözçüsü jurnalistlərin Hadrutla bağlı sualına cavab verməkdən yayınıb.
"Mən sizdən xahiş etdim, sizə dəfələrlə izah etdim ki, bəzi bölgələrdə qoşunlarımız geri çəkilirsə, qoşunlarımız sola və ya sağa gedirsə, yenidən qruplaşma edirlərsə, buna fikir verməyin!", deyə Artsrun Ovannisyan Yerevanda jurnalistlərə deyib.
Azərbaycan oktyabrın 9-da Hadrut qəsəbəsinin işğaldan azad edildiyini bildirib və bununla bağlı görüntülər paylaşıb. Lakin erməni tərəfi indiyədək bu barədə şərh verməyib.
Prezident İlham Əliyev bu gün qarşı tərəfin Hadrutun "azad edilməməsi" iddialarına cavab olaraq deyib ki, Hadrut götürülməsəydi, ondan sonra Xocavənd rayonunun kəndləri də götürülə bilməzdi. O zaman Füzuli kəndləri də götürülə bilməzdi. Biz yalnız Hadrut istiqamətindən ora irəlilədik".
O qeyd edib ki, atəşkəsdən sonra erməni silahlı qüvvələri üç dəfə Hadruta hücum ediblər və məğlub olublar.
Xankəndində açıq olan yeganə kafenin sahibi: "İndi müharibə vaxtıdır, hansı müştəri?"
İlham Əliyev müsahibəsində başqa nə deyib?
Şəklin mənbəyi, A Haber
"İrandan Ermənistana silahların göndərilməsi ilə əlaqədar bizdə hər hansı bir məlumat yoxdur. Əksinə, deyə bilərəm ki, İran və Gürcüstan öz hava məkanını və quru yollarını Ermənistana silahların daşınmaması üçün bağladı".
Prezident İlham Əliyev Türkiyənin A Haber kanalına müsahibəsində həmçinin deyib ki, Ermənistana "mülki təyyarələrlə, eyni zamanda, karqo təyyarələri ilə qaçaq yolla silah göndərilir".
Onun sözlərinə görə, bu yaxınlarda Rusiyada yaşayan zəngin erməni iş adamları təqribən 30-40 milyon dollara “İl-76” təyyarəsi alıb və onunla Azərbaycana qarşı vuruşmaq üçün Rusiyada yaşayan ermənilər Qarabağa muzdlu kimi göndərilir.
O, bununla bağlı Azərbaycanın Beynəlxalq Mülki Aviasiya Təşkilatına rəsmən müraciət etdiyini qeyd edib.
Cənab Əliyevin sözlərinə görə, Rusiya Ermənistana silah göndərmədiyi barədə açıqlama verib.
"Ona görə bizim fikrimizcə, bu silahları Rusiyada yaşayan erməni iş adamları, zəngin iş adamları qanunsuz yollarla bəzi hərbi zavodlardan alıb Ermənistana göndərirlər. Bu istiqamətdə araşdırmalar davam etdirilir”, o qeyd edib.
Prezident İlham Əliyev jurnalistin Şuşa şəhəri ilə bağlı sualına cavab olaraq deyib ki, "Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar".
"Ona görə təbii ki, Şuşanın işğaldan azad edilməsi bizim hədəflərimizin arasında xüsusi yer tutur. Buna biz çalışmalıyıq. Buna biz nail olmalıyıq. Nə zaman bu olacaq, onu yaxın gələcək göstərər".
Prezident İlham
Əliyev münaqişə gedən ərazinin dağlıq ərazi olması baxımından bildirib ki, Türkiyədən satın alınan SİHA-lar "müharibənin gedişatını çox dəyişdirdi”.
O, jurnalistin "Türkiyə və Pakistandan hərbi dəstək istəyəcəksinizmi?" sualına cavab olaraq deyib ki, "Xeyr. Bizim belə bir fikrimiz yoxdur."
"Bizim Türkiyədən, Pakistandan və başqa qardaş ölkələrdən aldığımız dəstək yalnız mənəvi və siyasi dəstəkdir", o əlavə edib.
Cənab Əliyev deyib ki, Azərbaycanda Türkiyənin hərbi bazasının yaradılması məsələsi "heç zaman müzakirə mövzusu olmayıb".
O həmçinin deyib ki, "bu mövzu ilə bağlı hər hansı bir danışıq olmayıb, heç zaman olmayıb və bu gün də belə bir məsələ yoxdur".
Füzulidən danışan Prezident Əliyev "Füzuli rayonunun kəndlərinin də mütləq əksəriyyəti bizdədir. İndi biz Füzuli şəhərini də görürük", deyib.
Vaqif Dərgahlı: "Bizim mərmi və raketlərimiz İran ərazisinə düşə bilməz"
"Bizim cəbhənin arxası İrana tərəfədir. Qarabağdan atılanlar bizim başımızın üstündən keçib İran ərazisinə düşə bilər", bu barədə Azərbaycan Müdafiə Nazirliyinin sözçüsü Vaqif Dərgahlı BBC News Azərbaycancaya bildirib.
O deyib ki, "Azərbaycanın raketləri İran ərazisinə düşmür".
"Bizim raketlər ora düşmür. Bizim mərmi və raketlərimiz İran ərazisinə düşə bilməz. Nə praktiki, nə də nəzəri cəhətdən bu mümkün deyil", cənab Dərgahlı vurğulayıb.
İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə cümə axşamı günü deyib ki, "Qarabağ münaqişəsi zamanı atılan
bir neçə raketin İranın sərhəd bölgələrini vurması qətiyyən qəbuledilməzdir və İran bu cür hücumların təkrarlanacağı təqdirdə laqeyd
qalmayacaq".
Ermənistan tərəfdən İran XİN-in açıqlamasına hələ ki şərh verilməyib.
Türkiyə Ordubada raket həmləsini “qətiyyətlə pisləyib”
Türkiyə Xarici İşlər Nazirliyi Naxçıvan MR-nın Ordubad rayonuna edilən raket həmləsini “qətiyyətlə pisləyib”.
“Ortaq sərhədimiz olan Naxçıvan Muxtar Respublikasına hücum münaqişənin Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazilərindən kənara yaymaq cəhdinin yeni və təhlükəli nümunəsidir,” - Türkiyə XİN-in rəsmi bəyanatında deyilir.
Azərbaycan Müdafiə Nazirliyi bu gün günorta saatlarında bildirib ki, Ermənistan silahlı qüvvələri Ordubada raket zərbəsi endirib, Ermənistan tərəfi məlumatı təkzib edib.
İlham Əliyev humanitar atəşkəs və Hadrut barədə:
Şəklin mənbəyi, Azertag
Prezident İlham Əliyev Türkiyənin “A Haber” kanalına müsahibəsində deyib ki, atəşkəs Ermənistana "ona görə lazım idi ki, öz qüvvələrini toparlasınlar, səfərbərlik tədbirləri görülsün və bizə yeni hücum təşkil edilsin".
“Bu atəşkəsdən sonra onlar Hadrut qəsəbəsini yenə də işğal altına almaq istədilər, üç dəfə oraya hücum etdilər. Amma üç dəfə də məğlub oldular. Onların niyyəti itirilmiş və onlara mənsub olmayan torpaqları yenə də qaytarmaq və beləliklə, öz işğalçılıq siyasətini davam etdirməkdir”.
O, qarşı tərəfin Hadrutun "azad edilməməsi" iddialarına cavab olaraq belə deyib:
"Hadrutda artıq neçə gündür, Azərbaycan bayrağı dalğalanır və Hadrutun ətrafında yüksəkliklərin, təpələrin mütləq əksəriyyəti bizim nəzarətimizdədir. Hadrut götürülməsəydi, ondan sonra Xocavənd rayonunun kəndləri də götürülə bilməzdi. O zaman Füzuli kəndləri də götürülə bilməzdi. Biz yalnız Hadrut istiqamətindən ora irəlilədik".
Hacı Şahin: "Qarabağ uğrunda müharibə dini müharibə deyil"
Dağlıq Qarabağ münaqişəsi başlanandan bəri bölgələrə baş çəkib əhali ilə tez-tez görüşdüyünü bildirən Bakının, “Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin BBC müxbiri ilə söhbətində hazırkı Qarabağ müharibəsinin dini əsaslı olmadığını deyib.
Hacı Şahin bir dini xadim kimi Azərbaycanda öz mütərəqqi baxışları ilə tanınır, sosial şəbəkələrdə fəallıq göstərir – təkcə Facebook səhifəsinin 100 minə yaxın abunəçisi var, BBC News Rusca yazır.
Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında gedən müharibə dini deyil, Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılır. Lakin din, Hacı Şahinin fikrincə, müharibə vaxtı insanlara yardımçı olur: “Dinc insanlar ölür və bu halda insanlara təskinlik vermək gərəkdir, döyüşə gedən də Allaha güvənir”.
Onun sözlərinə görə, bir dini xadimin vəzifəsi bu zaman xalqla olmaq, onu təskinlik vermək, ruhlandırmaqdır. “İnanc öldürməyi qadağan edir, lakin Quranda bir müddəa var: Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun [Bakar Surəsi, 190-cı ayə]. Dövlətin özünü müdafiəyə haqqı var və əgər düşmən işğalı və şiddəti davam edirsə, deyir – vuruş”, - o deyib.
Axund müsəlman ruhanilərdən kiminsə döyüşlər gedən bölgədə olub-olmamasına bələd deyil, BBC News Rusca yazır.
Hadrut qəsəbəsindən görüntülər - Müdafiə Nazirliyi
Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad olunan Hadrut qəsəbəsindən yeni video paylaşıb.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.