Qarabağ müharibəsi: Humanitar atəşkəs və Gəncəyə hücumlar – baş verənlərin xronogiyası

Azərbaycan Respublikası və Ermənistan Respublikası 18 oktyabr, yerli vaxtla saat 00.00 dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq veriblər. Azərbaycan Müdafiə Nazirliyi bu gün səhər sübhdən Ermənistan tərəfinin atəşkəsə əməl etməməsilə ilə bağlı məlumat yayıb.

Canlı reportaj

  1. Hikmət Mirzəyevə general-leytenant rütbəsi verilib

    cəbhədə döyüşlər

    Şəklin mənbəyi, Azərtac

    Şəklin alt yazısı, İlham Əliyev (solda) və Hikmət Mirzəyev (sağda)

    General-mayor Hikmət Mirzəyevə general-leytenant ali rütbəsi verilib.

    Bu barədə oktyabrın 17-də Prezident İlham Əliyev sərəncam imzalayıb.

    Hikmət Mirzəyev Xüsusi Təyinatlı Qüvvələrin komandanıdır.

  2. Vaqif Dərgahlı: “Azərbaycanın istənilən yerində hərbi bazası ola bilər, bunun Ermənistana nə aidiyyatı var?"

    Vaqif Dərgahlı Azərbaycan Ermənistan

    Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi

    Tanınmamış “DQR müdafiə ordusu” Gəncə şəhərindəki “legitim hərbi hədəflərin siyahısı”nı açıqlayaraq iddia edib ki, onlar şəhərdə yerləşən hərbi hissələrə zərbə vurublar.

    Şənbə gecəsi erməni silahlı qüvvələrinin atdığı raket insanların sıx yaşadığı əraziyə düşüb və nəticədə aralarında uşaq da olan azı 13 adam həyatını itirib, 40-dan çox adam yaralanıb, iki uşaq itkin düşüb, Azərbaycan Baş Prokurorluğu açıqlayıb.

    335 mindən çox əhalisi olan Gəncə şəhəri aktiv döyüş bölgəsindən təxminən 60-70 kilometr uzaqda yerləşir.

    Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı BBC News Azərbaycancaya deyib ki, "Ermənistanın Gəncədə vurduğu ancaq mülki əhali və mülki infrastrukturdur".

    "Orada ancaq mülki əhali yaşayır və heç bir hərbi obyekt yoxdur. Bu, Ermənistanın hərbi-siyasi rəhbərliyinin hərbi cinayətidir. Azərbaycanın istənilən yerində hərbi bazası ola bilər. Bunun Ermənistana nə aidiyyatı var? Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi hədəfi və məqsədi yoxdur. Döyüş əməliyyatları Dağlıq Qarabağ və onun ətrafındakı işğal olunmuş ərazilərdə aparılır. Azərbaycan Ordusu işğalçıları öz torpağından çıxarmaq hüququna malikdir".

    Gəncə Azərbaycan Ermənistan
    Şəklin alt yazısı, Gəncə.17 oktyabr, 2020. Gecə atılmış raket zərbəsindən sonra.
  3. Azərbaycan MN: "Ermənistan PUA-sı Ermənistan-Azərbaycan sərhədinin Tovuz istiqamətində vurulub"

    Azərbaycan Müdafiə Nazirliyi açıqlayıb ki, oktyabrın 17-də gündüz saatlarında Ermənistan silahlı qüvvələrinə aid PUA Hava Hücumundan Müdafiə bölmələri tərəfindən dərhal aşkar olunaraq vurulub.

    Nazirlik bildirib ki, PUA Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki Azərbaycan mövqeləri üzərində "uçuşlar keçirməyə cəhd göstərərkən" sıradan çıxarılıb.

  4. Azərbaycan və Türkiyə Müdafiə nazirləri danışıb

    Türkiyə Müdafiə Nazirliyi Gəncə müharibə

    Şəklin mənbəyi, Türkiyə Müdafiə Nazirliyi

    Azərbaycan Müdafiə naziri Zakir Həsənov və Türkiyənin Müdafiə naziri Hulusi Akar Azərbaycanın işğal altında olan torpaqlarını azad etmə yönündə başladığı əməliyyatlardakı son vəziyyəti müzakirə ediblər.

    Türkiyənin Müdafiə Nazirliyi bildirib ki, Hulusi Akar Ermənistanın Gəncəyə mülki şəxslərin ölümü ilə nəticələnən hücumunu qınayıb.

    "Ermənistan yenə uşaq, qadın və qocaya fərq qoymadan azərbaycanlı qardaşlarımızı qırğına verib. Ermənistan müharibə cinayəti törətməyə, "atəşkəs", "danışıqlar" çağırışı edənlər isə bu hücumları uzaqdan izləməyə davam etməkdədir. Balistik raketlərlə mülki şəxslərə qarşı hücumların əmrini verənlər mütləq bunun cavabını verəcək, bu vəhşiliyə susanları da tarix əsla bağışlamayacaq," - Hulusi Akar deyib.

  5. Tanınmamış “Dağlıq Qarabağ Respublikası silahlı qüvvələri"nin sosial media hesabında bildirilib ki, Xankəndi və Şuşa Azərbaycan tərəfdən atəşə tutulub.

    Tanınmamış "Respublikanın hərbi birləşmələri" bildirib ki, bu şəhərlərin mülki infrastrukturu atəşə məruz qalıb. Məlumatda o da deyilir ki, cavab tədbirləri görülüb. Lakin bu tədbirlərin nə olduğu barədə məlumat verilmir.

    Bundan əvvəl xəbər agentlikləri Xankəndinə mümkün atəş barədə məlumat yaymışdı.

    Cümə gününün gecəsi şəhərdəki partlayışlar barədə France-Presse xəbər agentliyi yazıb. Şənbə gününün səhəri isə RİA Novosti şəhərdə daha üç partlayışın olduğunu bildirib.

    Tanınmamış “Dağlıq Qarabağ Respublikasının ombudsmanı" Artak Beqlaryan deyib ki, bu atəş nəticəsində iki dinc sakin yaralanıb.

    Azərbaycan isə öz növbəsində bildirib ki, şənbə günü səhər saatlarında Tərtər, Ağdam, Ağcabədi və Bərdə rayonları atəşə tutulub.

  6. Elektron Təhlükəsizlik Xidməti: "Vətəndaşlara Rusiya nömrələrindən zəng edib saxta çağırışlar edirlər"

    Azərbaycanın Elektron Təhlükəsizlik Xidməti bildirib ki, Ermənistan tərəfi Rusiya ölkə kodlu nömrələrdən Azərbaycan vətəndaşlarının mobil və stasionar telefonlarına zənglər edərək "Türkiyə vətəndaşlarının adından saxta çağırışlar edir".

    Qurum bunun "təxribat xarakterli dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaq" məqsədi daşıdığını açıqlayıb.

    Elektron Təhlükəsizlik Xidməti vətəndaşları "tanımadıqları xarici nömrələrdən gələn zəng və mesajlara cavab verməməyə, həmin nömrələri bloklamağa və şikayət etməyə" çağırıb.

  7. Azərbaycanın Baş Prokurorluğu: "Gəncədə ölənlərin 3-ü azyaşlıdır, daha 2 uşaq itkin düşüb"

    Gəncə

    Şəklin mənbəyi, Azərbaycanın Baş Prokurorluğu

    Azərbaycanın Baş Prokurorluğu bildirib ki, oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini ağır artilleriya silahlarından atəşə tutması nəticəsində 13 nəfər ölüb, 48 nəfər yaralanıb.

    Məlumatda deyilir ki, ölənlərin 6-sı kişi, 4-ü qadın, 3-ü azyaşlıdır.

    Yaralananların isə 23-ü kişi, 20-si qadın, 5-i azyaşlıdır. Qurum iki uşağın itkin düşdüyünü bildirib.

  8. Gəncə raket zərbəsindən sonra

    Gəncəyə hücum, raket, cəbhədə döyüşlər
    Gəncəyə hücum, raket, cəbhədə döyüşlər
    Gəncəyə hücum, raket, cəbhədə döyüşlər
    Gəncəyə hücum, raket, cəbhədə döyüşlər
    Gəncəyə hücum, raket, cəbhədə döyüşlər
    Gəncəyə hücum, raket, cəbhədə döyüşlər
    Gəncəyə hücum, raket, cəbhədə döyüşlər
    Gəncəyə hücum, raket, cəbhədə döyüşlər
    Gəncəyə hücum, raket, cəbhədə döyüşlər
    Gəncəyə hücum, raket, cəbhədə döyüşlər
    Gəncəyə hücum, raket, cəbhədə döyüşlər
    Gəncəyə hücum, raket, cəbhədə döyüşlər
  9. Azərbaycan MN: "Ermənistan silahlı qüvvələrinə məxsus Su-25 təyyarəsi və S-300 zenit-raket kompleksi vurulub"

    Cəbhədə döyüşlər Su-25

    Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi

    Azərbaycan Müdafiə Nazirliyi açıqlayıb ki, oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinə məxsus bir ədəd Su-25 təyyarəsi Azərbaycanın Hava Hücumundan Müdafiə bölmələri tərəfindən vurulub.

    Nazirlik bildirib ki, təyyarə Cəbrayıl rayonu istiqamətində Azərbaycan bölmələrinin mövqelərinə hava zərbələri endirməyə cəhd edərkən "sıradan çıxarılıb".

    Bundan başqa, Azərbaycan MN Ermənistan silahlı qüvvələrinə aid S-300 zenit-raket kompleksinin də vurulduğunu qeyd edib.

    Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan Facebook səhifəsində Su-25 təyyarəsinin vurulması barədə məlumatı "dezinformasiya" adlandırıb.

  10. Azərbaycan Baş Prokurorluğu: "İndiyədək 60 mülki şəxs ölüb, 270 nəfər yaralanıb"

    Azərbaycan Baş Prokurorluğu bildirib ki, Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində indiyədək ümumilikdə 60 mülki şəxs ölüb, 270 nəfər yaralanıb.

    Bundan başqa, 1704 yaşayış evi, 90 çoxmənzilli yaşayış binası və 327 mülki obyekt yararsız vəziyyətə düşüb.

  11. FHN: "İndiyədək dağıntılar altından xəsarət almış 52 yaralı və 13 ölü çıxarılıb"

    Gəncə, raket

    Şəklin mənbəyi, Azərbaycan Fövqəladə Hallar Nazirliyi

    Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncəyə atılan raket zərbələri nəticəsində dağılan evlərin qalıqları altında axtarış-xilasetmə əməliyyatını davam etdirir.

    FHN bu vaxta qədər dağıntılar altından xəsarət almış 52 yaralı və 13 ölü çıxarılıb.

    Gəncə, raket

    Şəklin mənbəyi, Azərbaycan Fövqəladə Hallar Nazirliyi

    Gəncə, raket

    Şəklin mənbəyi, Azərbaycan Fövqəladə Hallar Nazirliyi

    Gəncə, raket

    Şəklin mənbəyi, Azərbaycan Fövqəladə Hallar Nazirliyi

    Gəncə, raket

    Şəklin mənbəyi, Azərbaycan Fövqəladə Hallar Nazirliyi

  12. Gecə raket hücumundan sonra Gəncə sakinləri: “Artıq öyrəşmişik”

    Gəncə raket Azərbaycan Qarabağ Ermənistan

    “Evimizi buraxıb hara gedək? Nəvələrim balacadılar, qorxurlar. Artıq neçənci dəfədir ki, mərmi, raket düşür. Bu gecə dik atıldıq, ev elə silkələndi ki, pəncərələr taybatay açıldı. Zirzəminin pəncərələri, çilçıraq qırılıb. Bizdən bir 900 metr aralıda olub,”- Gəncə sakini Svetlana Mehdiyeva BBC Azərbaycancaya deyib.

    “Artıq öyrəşmişik,”- Bəzi Gəncə sakinləri müxbirimizə deyiblər.

    BBC News Azərbaycancanın Gəncədə olan müxbiri xəbər verir ki, hazırda yüzdən çox xilasedicilər dağıntıları təmizləyə çalışırlar. Hələ də dağıntılar altında adam qaldığı güman edilir, BBC müxbirinə hadisə yerindəki polis əməkdaşları deyiblər.

    Yaxınlıqdakı beşmərtəbəli binaların pəncərələri sınıq-sınıqdı. Ətrafdakı mağazalara ziyan dəyib, raketin düşdüyü əraziyə yaxın evlər də çox ciddi zədələnib, yaşamaq üçün yararsız vəziyyətə düşüb,” – müxbirimiz xəbər verir.

    Şənbəyə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin Gəncəyə raket hücumu nəticəsində 10-dan çox adam ölüb, 40-dan çox şəxs yaralanıb. Ölənlər arasında azı 2 uşaq var.

  13. Gəncəyə raket hücumu: "Dağıntılarda atamı axtarıram, tapa bilmirəm"

    Ermənistanın silahlı qüvvələri oktyabrın 17-də gecə saatlarında Gəncə şəhərinə bir neçə raket zərbəsi endirib.

    Nəticədə 13 mülki şəxs ölüb, 40-dan çox mülki şəxs yaralanıb.

    Müxbirimiz Gəncədə dağıntılar altında ailə üzvlərini axtaran sakinlər və şahidlərlə danışıb.

    Paylaşımını ötürün YouTube
    Google YouTube məzmununa icazə varmı?

    Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

    Paylaşımın sonu YouTube

  14. İlham Əliyev: “Azərbaycan ordusu öz məqsədinə çatır, heç bir qüvvə bizi dayandıra bilməz”

    İlham Əliyev Azərbaycan Qarabağ müharibəsi Ermənistan

    Şəklin mənbəyi, Azərtac

    Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 17-də xalqa müraciətində deyib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın müxtəlif bölgələrinə atəşi nəticəsində "2 mindən çox ev dağıdılıb və ya bu evlərə çox böyük ziyan vurulub".

    "Ancaq bu namərd hərəkətlər Azərbaycan xalqının iradəsini qıra bilməz, sındıra bilməz. Ermənistan rəhbərliyi hərbi cinayət törədib. Cind əhaliyə atəş açmaq, özü də əməliyyat-operativ raket kompleksləri vasitəsilə atəş açmaq hərbi cinayətdir. Onlar bu cinayətə görə məsuliyyət daşımalıdırlar və daşıyacaqlar da".

    Ermənistan Silahlı Qüvvələri şənbə gününə keçən gecə Gəncəni raket atəşinə tutub, azı 13 nəfər ölüb, 40-dan çox yaralı var.

    İlham Əliyev bildirib ki, bunun cavabı döyüş meydanında veriləcək: “Biz qisasımızı mülki şəxslərdən almamalıyıq, döyüş meydanında almalıylq”.

    Prezident söyləyib ki, Azərbaycan heç vaxt mülki əhaliyə qarşı müharibə aparmayıb və bundan sonra da aparmayacaq".

    "Mən demişəm, öz xoşu ilə bizim torpaqlarımızdan çıxmasalar, biz onları iti qovan kimi qovacağıq. Hər gün müzəffər Azərbaycan Ordusu yeni strateji məntəqələri, yeni yüksəklikləri, yeni yaşayış məntəqələrini işğalçılardan azad edir. Bizim qisasımız döyüş meydanındadır. Biz qisasımızı mülki vətəndaşlardan almamalıyıq, döyüş meydanında qisasımızı alırıq, alacağıq".

    İlham Əliyev Ermənistanın rəhbərliyinə "qalan torpaqlardan öz xoşu ilə çıxmasını" bildirib.

    "Onsuz da biz onları oradan rədd edəcəyik. Onsuz da onların izi-tozu o torpaqlarda qalmayacaq. Onsuz da biz onları sonuna qədər qovub torpağımızdan rədd edəcəyik. Öz xoşu ilə getsin. Füzulini təslim etmək istəmirdi, halbuki başa düşürdü bunu saxlaya bilməyəcək. Cəbrayılı təslim etmək istəmirdi. Dünən, sırağagün və bu gecə Cəbrayıl istiqamətində də uğurlu əməliyyatlar keçirilib, strateji yüksəkliklər götürülüb".

    "Azərbaycan ordusu öz məqsədinə çatır, heç bir qüvvə bizi dayandıra bilməz," - İlham Əliyev əlavə edib.

  15. Təcili xəbər, İlham Əliyev: "Füzuli şəhəri və 7 kənd azad edilib"

    "Bu gün Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri azad edilib", - bu sözləri İlham Əliyev oktyabrın 17-də xalqa müraciətində bildirib.

  16. Kamran Əliyev: "Bu, bəşəriyyət, insanlıq əleyhinə cinayətdir"

    Respublikanın Baş prokuroru Kamran Əliyev deyib ki, Ermənistan silahlı birləşmələri "cəbhə bölgəsində məğlubiyyətə uğradıqca çarəsizlikdən dinc əhaliyə qarşı öz hücumlarını daha da şiddətləndirirlər".

    "Bu dəfə Ermənistanın hərbi-siyasi rəhbərliyi hesab edirəm ki, ağıllarını itiriblər. Çünki bu, bəşəriyyət, insanlıq əleyhinə olan çox ciddi, çox ağır cinayətdir. Bu cinayətin həm hüquqi, həm siyasi məsuliyyəti Ermənistan rəhbərliyi üçün çox ağır olacaq".

  17. Kəmaləddin Heydərov: "Gəncəyə raket atılan yerdə heç bir hərbi obyekt yoxdur"

    Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov deyib ki, Gəncəyə raket atılsa da, yerli camaat "çox mətin və qətiyyətlidir".

    "Bu, erməni vəhşiliyinin növbəti təzahürü, onun nəticəsidir. Burada heç bir hərbi obyekt, dövlət obyekti yoxdur. Əhalinin çox sıx yaşadığı yerlərdir. Onların da məqsədi azərbaycanlılara qarşı təxribat, vəhşilik, vandalizmdir", - nazir bildirib.

  18. Hikmət Hacıyev: "Gəncədə Nikol Paşinyan tərəfindən mülki şəxslərin fərq qoyulmadan öldürülməsi Səddam Hüseynin tətbiq etdiyi taktikadır"

    Gəncə, raket

    Şəklin mənbəyi, Hikmət Hacıyev/Twitter

    Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev öz Twitter səhifəsində Gəncədə mülki şəxslərin "fərq qoyulmadan öldürülməsi" barədə yazıb.

    "SCUD Balistik raket hücumu və Gəncədə Ermənistanın Nikol Paşinyan tərəfindən mülki şəxslərin fərq qoyulmadan öldürülməsi Səddam Hüseynin mülki şəxslərə qarşı tətbiq etdiyi eyni taktika və raket sistemidir".

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

  19. Azərbaycan MN qarşı tərəfin canlı qüvvə və texnika itkiləri barədə

    Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Azərbaycan Ordusu tərəfindən sutka ərzində həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində erməni silahlı qüvvələrinin xeyli sayda canlı qüvvəsi, 7 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” YARS, 8 ədəd D-30 və 1 ədəd D-20 haubitsa topları, döyüş sursatı ilə yüklənmiş 10 ədəd yük maşını və 7 ədəd digər avtomobil texnikası vurulub və sıradan çıxarılıb.

  20. Azərbaycan və Ermənistan gecə döyüş şəraiti barədə

    Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, oktyabrın 16-sı gün ərzində və 17-nə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli- Hadrut-Cəbrayıl istiqamətlərində əməliyyat şəraiti gərgin olaraq qalıb.

    Nazirlik bildirib ki, Azərbaycan qoşunları erməni silahlı qüvvələrinin "əvvəlcədən hazırlanmış müdafiə hədlərini müxtəlif istiqamətlərdə yarmağa, onu tutduğu mövqelərdən sıxışdıraraq çıxarmağa, qaçmağa məcbur etməyə və irəliləməyə" nail olub.

    Məlumatda deyilir ki, Azərbaycan Ordusu "əhəmiyyətli istiqamətlərdə əlverişli hədd, yüksəklik və mövqeləri tutur".

    Ermənistan Müdafiə Nazirliyi gecə ərzində münaqişə zonasında "nisbi gərginliyin qorunub saxlanılıldığını" deyib.

    Ermənistan MN-in sözçüsü Şuşan Stepanyan Facebook səhifəsində "Xankəndi və Şuşaya atəş açıldığını" yazıb.