Qarabağ müharibəsi: Humanitar atəşkəs və Gəncəyə hücumlar – baş verənlərin xronogiyası
Azərbaycan Respublikası və Ermənistan Respublikası 18 oktyabr, yerli vaxtla saat 00.00 dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq veriblər. Azərbaycan Müdafiə Nazirliyi bu gün səhər sübhdən Ermənistan tərəfinin atəşkəsə əməl etməməsilə ilə bağlı məlumat yayıb.
Canlı reportaj
ANAMA: "Dünən Azərbaycanın müxtəlif şəhərlərinə mərmi düşməsi barədə 33 müraciət daxil olub"
Şəklin mənbəyi, ANAMA
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik(ANAMA) bildirib ki, oktyabrın 11-də quruma Ağdam, Ağcabədi, Beyləqan, Füzuli, Goranboy, Tərtər rayonları, Gəncə, Mingəçevir və Naftalan şəhərləri ərazisinə mərmilərin düşməsi barədə 33 müraciət daxil olub.
Agentlik açıqlayıb ki, aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 300 mm-lik 9M528 raketinin döyüş başlığı, 2 ədəd partlamış “Toçka-U” taktiki raketinin (9M79M) və 31 ədəd müxtəlif çaplı partlamış top mərmisinin qalıqları aşkar olunub.
Şəklin mənbəyi, ANAMA
Şəklin mənbəyi, ANAMA
İlham Əliyev: "Rusiya qısa müddətdə Ermənistanı inandıra bilər"
Şəklin mənbəyi, President.az
Prezident İlham Əliyev Rusiyanın RBK kanalına müsahibəsində danışıqlarda Rusiyanın rolu barədə suala cavab verib.
O söyləyib ki, Rusiya Minsk qrupunun həmsədri kimi ATƏT tərəfindən üç ölkəyə verilmiş hüquq və səlahiyyətlərə malikdir, həmçinin qonşu kimi, Azərbaycan və Ermənistanla ortaq tarixə malik olan bir ölkə kimi, əlbəttə, xüsusi rol oynayır.
"...biz dəfələrlə Rusiya rəhbərliyinə müraciət etmişik ki, Rusiya rəhbərliyi Ermənistana siyasi təsir göstərmək vasitələrindən istifadə etsin, erməni tərəfini inandırsın ki, işğala son qoyulmalıdır. Bu mövzu dəfələrlə müzakirə edilib və sizə deyə bilərəm ki, rusiyalı həmkarımla bütün çoxsaylı görüşlərimdə bu mövzu ya müfəssəl, ya o qədər də ətraflı olmayan formada müzakirə edilib, lakin belə olmadı", Prezidentin saytında yazılıb.
O qeyd edib ki, "Ermənistan Rusiyadan 100 faiz asılı vəziyyətdədir".
"Buna görə əminəm ki, Rusiya tərəfindən təkid göstərilsə, bizim status-kvonu dəyişməyimiz, təmas xəttini yarıb keçməyimiz nəticəsində Yerevanın ayılması nəzərə alınmaqla, Rusiya qısa müddətdə Ermənistanı inandıra bilər: təkcə hərbi qarşıdurma baxımından deyil, bütövlükdə Ermənistanın gələcəyi üçün indiki vəziyyətdən yeganə çıxış yolu Azərbaycanla münaqişənin həllini tapmaqdır. Bu həll isə çox sadədir - onlar bizim ərazidən getməli, öz qoşunlarını çıxarmalı, bizim insanlar oraya qayıtmalı və biz yenidən yanaşı yaşamağa çalışmalıyıq."
Cənab Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyan barədə deyib ki, "Qoy o, Putinə təşəkkür etsin ki, Rusiya növbəti dəfə Ermənistanı xilas etməyə gəldi."
Tərəflər itkilər barədə:
Tanınmamış "DQR-nın Müdafiə Nazirliyi" bu gün bildirib ki, regiondakı münaqişədə daha 25 hərbçi ölüb, İnterfax xəbər verir.
Amma məlumatda onların nə vaxt öldüyü dəqiqləşdirilməyib.
Atəşkəs rejimi Qarabağda şənbə günündən etibarən qüvvədədir, lakin tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.
Ümumilikdə, erməni tərəfinin rəsmi məlumatlarına əsasən, döyüş əməliyyatlarının aktiv fazası başladığı 27 sentyabrdan bəri 429 əsgər həlak olub.
"Qarabağ ombudsmanı" Artak Beglaryan Yerevanda keçirdiyi brifinqdə deyib ki, tanınmamış "DQR" ərazisində beş nəfər şənbə günü olmaqla, 25 mülki şəxs ölüb.
Azərbaycan öz hərbi itkiləri barədə məlumat vermir.
Azərbaycan tərəfi indiyədək 41 mülki şəxsin həlak olduğunu, 200 nəfərdən çox insanın isə yaralandığını bildirib.
Yaralı Gəncə sakinləri danışırlar: “Gözlərim tam tutuldu, ayağım da yaralanıb, başım da”
Bu gün tanınmamış "DQR Prezidenti" Arayik Harutyunyan Twitter-də Rusiyaya və Prezident Putinə təşəkkür edib.
"Rusiya vasitəçiliyi ilə humanitar məqsədlərlə bağlı əldə edilən atəşkəsə dair razılaşmanın əhəmiyyətini anlayaraq, görüşün təşkil edilməsinə görə Rusiya Federasiyasının rəhbərliyinə və şəxsən Rusiya Prezidenti Vladimir Putinə təşəkkürümü bildirmək istəyirəm", o yazıb.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.
Paylaşımın sonu X
Ermənistan "Qarabağın cənubunda döyüşlər getdiyini", Azərbaycan cəbhədə "sakitlik" olduğunu bildirir
Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Şuşan Stepanyan Twitter-də Azərbaycanı "humanitar atəşkəsi pozmaqda" ittiham edib və deyib ki, Azərbaycan tərəfi "zirehli texnika və raketlərdən istifadə edərək cənub istiqamətindən hücuma keçib".
O iddia edib ki, "Qarabağ müdafiə ordusunun bölmələri" hücumların qarşısını "qətiyyətlə alır".
Azərbaycan Müdafiə Nazirliyinin sözçüsü Vaqif Dərgahlı bu məlumatı təkzib edib.
Cənab Dərgahlı BBC News Azərbaycancaya bildirib ki, cəbhədə "sakitlikdir".
Suqovuşan kəndindən görüntülər - Müdafiə Nazirliyi
Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad olunmuş Suqovuşan kəndindən yeni videogörüntülər paylaşıb.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.
Paylaşımın sonu YouTube
Kiyevdə Azərbaycana dəstək aksiyası - fotolar
Ukrayna paytaxtı Kiyevdə, Müstəqillik meydanında (Maydan Nezalejnosti) Azərbaycana dəstək aksiyası keçirilib. Aksiyada Azərbaycan bayraqları ilə onlarla gənc iştirak edib.
Şəklin mənbəyi, Getty Images
Şəklin mənbəyi, Getty Images
Azərbaycanın Xarici İşlər naziri ATƏT-in Minsk qrupu həmsədrləri ilə danışıb
Azərbaycan XİN başçısı Ceyhun Bayramov ATƏT-in Minsk qrupunun Rusiya, Fransa və ABŞ-dan olan həmsədrləri İqor Popov, Stéphane Visconti və Andrew Schofer ilə telefonla danışıb.
Ceyhun Bayramov onları Ermənistanın azərbaycanlı mülki şəxsləri və obyektləri qəsdən atəşə tutmaqda davam etdiyi barədə məlumatlandırıb, XİN bildirib.
“Nazir humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan bir neçə saat sonra Ermənistan silahlı qüvvələrinin cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərində etdiyi hücum cəhdi, erməni əsgərlərinin cəsədlərini yığan və üzərinə aydın şəkildə ağ bayraq sancılan sanitar maşının Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması və təmas xəttindən uzaq yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalmasını diqqətə çatdırıb".
Nazir Bayramov həmsədrlərə Gəncəyə hücum nəticəsində 9 mülki şəxsin həlak olması və aralarında azyaşlı uşaqlar olmaqla, azı 35 nəfərin yaralanması barədə məlumat verib.
Ceyhun Bayramov “bölgədə yaranmış vəziyyətə görə tam məsuliyyətin Ermənistan siyasi-hərbi rəhbərliyinin üzərində olduğunu bildirib”.
XİN bildirir ki, İqor Popov yaranmış vəziyyətlə bağlı “narahatlığını ifadə edib və əldə edilmiş Moskva razılaşmasının şərtlərinə riayət edilməsinin vacibliyini vurğulayıb”.
Stéphane Visconti yaranmış vəziyyətdən “təəssüf hissi keçirdiyini bildirib və atəşkəsin təmin edilməsinin vacibliyini vurğulayıb, eləcə də ən qısa zamanda tərəflərin siyasi dialoqa qayıtması üçün təkliflərlə çıxış edəcəklərini qeyd edib".
Amerikalı həmsədr isə "bölgədəki gərginliyin humanitar atəşkəsin əldə edilməsindən sonra da davam etməsinin ciddi narahatlıq doğurduğunu bildirib və məsələnin həlli üzrə siyasi dialoqun zəruriliyini vurğulayıb", qurum bildirir.
Füzuli rayonunun azad edilmiş Horadiz kəndinin görüntüləri - Müdafiə Nazirliyi
Azərbaycan Müdafiə Nazirliyi Füzuli rayonunun işğaldan azad olunan Horadiz kəndinin yeni görüntülərini paylaşıb.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.
Paylaşımın sonu YouTube
Türkiyə XİN Ermənistanı qınayır
“Ermənistanın səhər saatlarında humanitar atəşkəsi pozaraq Azərbaycanın ikinci böyük şəhəri Gəncə əleyhinə raket hücumunu kəskin şəkildə qınayırıq”, Türkiyə XİN-in bazar günü yaydığı bəyanatında deyilir.
Türkiyə XİN-I qeyd edib ki, “münaqişə zonasından 100 km aralıda olan Gəncədə şəhərində bir evin vurulması nəticəsində doqquz mülki şəxs ölüb və 39 nəfər yaralanıb”
“Bu hücum Ermənistan rəhbərliyinin münaqişəni işğal olunmuş Azərbaycan ərazilərindən kənara yaymaq üçün etdiyi təxribatlarının yeni bir nümunəsidir, - bəyanatda deyilir. - Bu hücum eyni zamanda, Ermənistan qanunsuz işğalını davam etdirmək üçün beynəlxalq humanitar hüququ pozmaqdan çəkinmədiyini və atəşkəs dilini anlamadığını göstərir”.
Tükiyə XİN-I hesab edir ki, “beynəlxalq ictimaiyyət bu qanunsuzluğu dayandırmalıdır”.
BBC News müxbiri Gəncədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə danışıb.
Müharibə jurnalisti Orla Guerin Twitter-də yazıb ki, "Hikmət Hacıyev BBC-yə deyir ki, Bakı atəşkəsi gözləməyə çalışır, lakin Ermənistan onun ölkəsinin mülki sakinlərinə hücum etməyə davam edərsə, Azərbaycan hərbi hədəflərə qarşı lazımi tədbirlər görməli olacaq. O, Bakının da atəşkəsi pozduğunu təkzib edir."
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.
Paylaşımın sonu X
FHN Gəncədə dağılmış bina barədə: "Axtarış-xilasetmə işləri yekunlaşdırılıb"
Gəncədə raket zərbəsinə məruz qalmış binada axtarış-xilasetmə işləri yekunlaşıb.
Fövqəladə Hallar Nazirliyi bildirib ki, Ermənistan ordusunun 11 oktyabr 2020-ci il tarixində gecə saat 2.00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə atdığı raket nəticəsində yaşayış binası tamamilə dağılıb, bina sakinləri dağıntılar altında qalıb.
Nazirlik dağıntılar altından xəsarət almış 17 nəfər və 9 nəfərin cəsədinin çıxarıldığını bildirib:
“Dağıntılar altında qalan insanın olmadığı nəzərə alınaraq, axtarış-xilasetmə işləri yekunlaşdırılıb."
Baş Prokurorluq hadisə nəticəsində 9 nəfərin həlak olduğunu, 34 nəfərin yaralandığını bildirib.
İlham Əliyev: "Azərbaycan tərəfi bütün bunlara layiqli cavab verəcək!"
"Ermənistanın hərbi siyasi rəhbərliyi törətdiyi cinayətlərə görə məsuliyyət daşıyır. Azərbaycan tərəfi bütün bunlara layiqli cavab verəcək!", Azərbaycan Prezidenti İlham Əliyev Twitterdə yazıb.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.
Paylaşımın sonu X
Cəbrayıl rayonunun azad edilən Daşkəsən kəndinin görüntüləri - Müdafiə Nazirliyi
Azərbaycanın Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad olunan Daşkəsən kəndinin görüntülərini yayıb.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.
Paylaşımın sonu YouTube
Təcili xəbər, Azərbaycan MN: "Ağdam, Tərtər, Ağcabədi və Füzuli rayonlarının kəndləri atəşə tutulur"
"Ermənistan silahlı qüvvələri Ağdam, Tərtər, Ağcabədi və
Füzuli rayonlarının kəndlərini atəşə tutur", Azərbaycan Müdafiə Nazirliyi açıqlayıb.
Roma Papası: "Atəşkəs kövrək görünür"
Şəklin mənbəyi, Getty Images
Ənənəvi bazar günü moizəsində Roma Papası Francis Azərbaycan və Ermənistan arasındakı atəşkəsi alqışlayıb.
"Atəşkəs çox kövrək görünsə də, mən ona əməl etməyə çağırıram və insan tələfatı, əzab-əziyyət, evlərin və kilsələrin məhv edilməsi ilə əlaqədar başsağlığı bildirirəm," – o deyib.
Gəncədə ayaqlarından yaralanmış gənc: "Tüstü basıb hər yeri, ev də uçub"
Şəklin alt yazısı, Gənc sağalandan sonra döyüşlərə qatılmaq istədiyini bildirib.
Gəncədə olan BBC News Azərbaycanca müxbiri xəstəxanada yaralılarla danışıb.
Onlardan biri, aprel ayında əsgərlikdən qayıtmış bir gənc deyib ki, hər iki ayağından zədə alıb və şüşələr ayaqlarını kəsib.
"Çölə çıxdıq, gördük dumandır, tüstü basıb hər yeri, ev də uçub. Tozdan dayanmaq olmur evdə, deyə o hadisəni təsvir edib.
İlham Əliyev: "Raket hücumu Ermənistanın Vardenis rayonundan həyata keçirilib"
"Həmin raket hücumu Ermənistanın Vardenis rayonundan həyata keçirilib, Azərbaycan Prezidenti İlham Əliyev bu barədə öz Twitter hesabında yazıb.
Azərbaycan Prezidenti eyni tvitdə indiyədək, ümumilikdə, Azərbaycanın 41 mülki şəxsinin həlak olduğunu, 200 nəfərdən çox şəxsin isə yaralandığını açıqlayıb.
Tvitdə həmçinin "Ermənistan tərəfinin məqsədinin işğaldan azad edilmiş əraziləri yenidən işğal etmək" olduğu vurğulanıb.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.
Paylaşımın sonu X
BBC News-un Gəncədəki müxbiri: "Bu, çox geniş miqyaslı bir hücum idi"
“Onlar
hələ də əl və təlim görmüş itlərlə axtarış edirlər. Ağır texnika da gətiriblər.
Dağıntı geniş ərazini əhatə edir və buradakı binalar dəqiq yaşayış binalarıdır”.
Bu
cümlələr BBC-nin müxbiri Orla Guerin-in Gəncədən hazırladığı reportajındandır.
O,
hazırladığı video reportajda Gəncəyə atılmış və çoxmənzilli yaşayış binasına
düşərək azı 9 nəfərin ölümünə, 34 nəfərin yaralanmasına və binanın dağılmasına səbəb olmuş raket atəşindən
sonra mövcud vəziyyəti təsvir edir.
“Yerli
vaxtla gecə saat 2-də bu binaya hücum baş verəndə insanlar öz yerlərində
yatırmışlar. Biz yataqları və yorğanların ətrafa dağıldığını gördük. Partlayıcılar
üzrə yerli ekspert hesab edir ki, burada istifadə olunmuş raket uzunmənzilli raketdir
və Dağlıq Qarabağdan yox, Ermənistandan atılıb", reportajda deyilir.
"Bu, çox geniş miqyaslı bir hücum idi və ərazidə buranın hərbi hədəf olması ilə bağlı heç
bir iz yoxdur”.
Video ingiliscədir. Aşağıdakı keçiddə izləyə bilərsiniz: