Sanksiyalara görə Rusiya “ildə $40 milyard itirir”

Şəklin mənbəyi, Reuters
Rusiya iqtisadiyyatı sanksiyalara görə ildə 40 milyard dollaradək itki verir, Rusiyanın maliyyə naziri bildirib.
Anton Siluanovun dəyərləndirməsinə əsasən neftin 30 faizədək ucuzlaşması 90-100 milyard dollar həcmində itkilərə səbəb ola bilər.
Prezident Vladimir Putin ölkəsinin enerjidaşıyıcılarına qiymətlərin “fəlakətli” şəkildə aşağı düşməsinə hazır olduğunu deyib.
Bundan əvvəl iqtisadi inkişaf naziri BBC-ə müsahibəsində bildirib ki, Rusiya neft ixracının məhdudlaşdırılmasını nəzərdə tutan mümkün sanksiyalar ssenarisini nəzərdən keçirir.
Aleksey Ulukayev deyib ki, neftin ucuzlaşması investisiya və istehlakçı tələbatını azalda bilər.
