Yaşlanmağın dərmanı, yaraların süni müalicəsi və çox içməyin nəticələri

Qan damarlarının pozulması yaşlanmanın əsas əlamətlərindən biridir

Şəklin mənbəyi, Getty Creative

Şəklin alt yazısı, Qan damarlarının pozulması yaşlanmanın əsas əlamətlərindən biridir
    • Müəllif, Anastasiya Ziryanova
    • Vəzifə, BBC Rus Xidməti

Kənardan baxanda belə görünür ki elmi yalnız böyük kəşflər və geniş miqyaslı araşdırmlar inkişaf etdirir, lakin əslində bütün bunlar onlardan heç də geri qalmayan və gündəlik nəticələri çıxan minlərlə kiçik elmi işlər nəticəsində mümkün olur.

Məhz buna görə biz hər həftə sizin üçün elm dünyasından ən maraqlı məlumatları toplayırıq.

1. Cavanlıq molekulu

Silikon vadisində belə söz-söhbətlər gəzir ki, mütəmadi aclıq orqanizmi cavanlaşmağa aparan yoldur. Və bu günlərdə ABŞ-ın Georgia Universitetindən olan alimlər "sağlam aclıq" tərəfdarlarına bu nəzəriyyənin xeyrinə dəlalət edən faktlar göstəriblər.

Onların araşdırması göstərir ki, aclıq və aşağı kalorili pəhriz qan dövranı sisteminin möhkəmlənməsinə gətirib çıxarır.

Alimlər aclıq və davamlı fiziki məşqlər zamanı ciyərin istehsal etdiyi molekulu aşkar ediblər.

Molekul hüceyrələrin aktiv bölünməsinə kömək etməklə damar divarlarının yaşlanmasının qarşısını alır.

Araşdırma müəlliflərinin qeyd etdiyinə görə, "yaşlanmanın əsas aspekti qan dövranı sisteminin yaşlanmasıdır, çünki zamanla müxtəlif orqanları təmin edən qan dövranı sistemi həddən artıq həssaslaşır".

Hazırda alimlər bu molekulun sintetik bənzərini yaratmağa hazırlaşırlar:

"İnsanları bütün günü ac qalmağa məcbur etmək çətindir və hər kəs buna tab gətirməz. Lakin biz normal qidalanan insanlardakı effektə bənzər bir şey tapsaq bu bizə xəstəliklərlə mübarizə aparmağa kömək edəcək. Və bu həyatı daha da gözəlləşdirəcək."

Belə cıxır ki, içki qadın və kişi orqanizminə müxtəlif cür təsir edir.

Şəklin mənbəyi, Getty Creative

Şəklin alt yazısı, Belə cıxır ki, içki qadın və kişi orqanizminə müxtəlif cür təsir edir

2. Kişi və qadın alkoqolizmi arasındakı fərqlər

Amerikalı alimlər kişi və qadın orqanizminə spirtli içkinin daimi təsirinin effektini siçanlar üzərində araşdırıblar. Məlum olub ki, qadın-gəmiricilərin mütəmadi sərxoşluğu hormonal fonu və immuniteti müəyyən edən genlərə təsir göstərir.

Kişi-gəmiricilərin orqanizmində isə sinir sisteminə cavab verən genlər spirtli içkidən əziyyət çəkir. Alimlər mütəmadi və uzun müddət spirtli içki qəbul etdikdən sonra "sərxoşluqdan ayılan" siçanların beynində baş verən prossesləri müşahidə ediblər.

"Kişilər üçün təyin edilən" müalicəni qadınlar (və ya əksinə qadınlar üçün nəzərdə tutulan dərmanların kişilər) üzərində sınaqdan keçirən tədqiqatçılar əmin olublar ki, qadın və kişinin alkoqilizmdən müalicəsi müxtəlif olmalıdır.

Lakin məqalə müəllifləri gələcək araşdımaya ehtiyac olduğunu qeyd edirlər. İndi orqanizmdəki bu cür dəyişikliklərlə cinslər arası davranış və fizioloji fərlqiliyin əlaqəsini öyrənmək lazımdır.

Alimlər insan beynində hisslərin necə yarandığını görə biliblər

Şəklin mənbəyi, Getty Creative

Şəklin alt yazısı, Alimlər insan beynində hisslərin necə yarandığını görə biliblər

3. Tibb nümayəndələri əhvalın dəyişməsini proqnozlaşdırmağı öyrənirlər

Cənubi California Universitetindən olan alimlər əhval dəyişikliyi hələ beynin içində yaranan zaman onun "şifrə edilməsinin" yeni vasitəsini təqdim ediblər.

Bu barədə onlar Nature Biotechnology-dəki öz məqalələrində yazıblar.

Beynimizdəki hisslərin necə formalaşmasının tapılması psixi pozuntuların effektli müalicəsində açar rolunu oynaya bilər. Alimlərin haqqında yazdığı texnologiya potensial olaraq təkcə depressiyanı deyil, narkotik asılılığı, xroniki ağrıları və ya travma sonrası sindromu da müalicə edə bilər.

Öz araşdırmaları üçün onlar ürəkkeçmələrini izləmək üçün beyinlərinə mikrosxem implantasiya edilmiş bir neçə epilepsiya xəstəsini seçiblər.

Xəstələr hisslərlə bağlı suallara cavab verdiyi müddətdə alimlər onların beyninə siqnalları qeyd ediblər. Bu məlumatların əsasında onlar "tənzimlənmiş" sinir siqnallarının şifrə üsullarını və proqnozlaşdırılmasını hazırlayıblar.

"Əgər biz konkret vaxtda insanın hansı əhval-ruhiyyədə olduğunu biliriksə o zaman biz qeyri-sağlam və ya ciddi emosional dəyişiklikləri düzəltmək məqsədiylə onun beynində elektrik stimullaşdırmanın lazım olub-olmadığına qərar verə bilərik.

Bu texnologiya ənənəvi müalicənin kömək etmədiyi milyonlarla insana depressiya və yüksək narahatlıq kimi psixonevroloji pozuntuların yeni fərdi üsullarla müalicəsini vəd edir",- deyə yeni texnologiya layihəsinə başçılıq edən Mariam Shanechi izah edib.

Mümkündür ki, gələcəkdə alimlər operativ müdaxilə olmadan ciddi yaraları müalicə etsinlər

Şəklin mənbəyi, Getty Creative

Şəklin alt yazısı, Mümkündür ki, gələcəkdə alimlər operativ müdaxilə olmadan ciddi yaraları müalicə etsinlər

4. Yaraların insanın arzusuyla sağalacağı bir gələcək

Alimlər vəd edirlər ki, gələcəkdə böyük yaraları və dəri problemləri (məsələn, yanma və bəzi xəstəliklər zamanı yaranan problemlər) olan xəstələrin plastik əməliyyat keçirməsinə ehtiyac qalmayacaq.

Yeni araşdırma göstərib ki yara və xoranın özü-özündən sağalması üçün zədələnmiş dəri hüceyrələrini "yenidən proqramlaşdırmaq" mümkündür.

Amerikalı alimlər genləri redaktə üsuluyla zədələnmiş dəridə zədəli epiteliya hüceyrələrini sağlam hüceyrəyə çevirməyə nail olublar.

Laboratoriya siçanlarının dərisindəki xoralar zədəli səthə hüceyrələrin yenilənməsi prossesi buraxıldıqdan sonra tamamilə sağalıb.

"Bu tapıntı təkcə zədəli dərinin yenilənməsinə deyil, həm də digər patologiyalarda, o cümlədən yaşlanma nəticəsində toxumaların bərpası pozulan zaman kömək edə bilər", - deyə araşdırma müəllifləri qeyd ediblər.

Müsahibədəki hiyləgər suallar bizə namizədin səriştəsi barədə az, müsahibəni götürənin kobudluğu barədə çox məlumat verir. Alimlər belə deyirlər

Şəklin mənbəyi, Getty Creative

Şəklin alt yazısı, Müsahibədəki hiyləgər suallar bizə namizədin səriştəsi barədə az, müsahibəni götürənin kobudluğu barədə çox məlumat verir. Alimlər belə deyirlər

5. Müsahibədəki tapşırıqlar şəxsin "qaranlıq tərəfini" açır

İşə qəbul müsahibələrinə niyə adətən "hiyləgər suallar" bölməsi daxil edilir?

Applied Psychology jurnalında dərc edilən məqalənin müəllifləri bunu aydılaşdırmağa cəhd ediblər.

"Belə bir sual: "New-York-da neçə pəncərə olduğunu deyin".

Bu, müsahibədə namizədə qarşı əsassız, qorxuducu və aqressiv münasibətin yalnız daha bir nümunəsidir", - deyə alimlər yazırlar. Niyə görə müsahibəni götürənlər onları belə küncə sıxışdırmağı sevirlər?

Məqalə müəlliflərin fikrincə, bunun səbəbi özlərinin gizli arzularını təmin etmək istəyidir.

Sınaq zamanı 700-dən çox iştirakçıya alimlər tərəfindən tərtib edilmiş siyahıdan sualı seçmək təklif olunub.

Siyahıda bu və ya digər vəziyyətdə olan insanın davranışı kimi ənənəvi suallarla yanaşı həmçinin "hiyləgər" suallar da olub.

Cavabları təhlil edən alimlər belə nəticəyə gəliblər: hiyləgər sualları kişilər qadınlardan çox seçiblər. Və bu seçim özünəvurğunluq və sadizm kimi mənfi xüsusiyyətlə bağlı olub.

Bu insanlar daha az ünsiyyətcil olublar və namizədin daxili seçiminə böyük əhəmiyyət veriblər.

"Müsahibədəki hiyləgər suallar bizə namizədin səriştəsi barədə az, müsahibəni götürənin kobudluğu barədə çox məlumat verir". Araşdırma müəllifləri buna əmindirlər.