Uşaqların qəlyanaltısını 100 kaloriyə endirin - səhiyyə rəsmiləri

Şəklin mənbəyi, Getty Images
İngiltərədə uşaqlar şəkər həcminin yarısını əsas yeməklər arasında qeyri-sağlam içki və qəlyanaltı ilə qəbul edirlər, səhiyyə departamenti bildirir.
Bu deməkdir ki, onların rasionunda şəkər həcmi maksimum həddən üç dəfə artıqdır.
Səhiyyə rəsmiləri məsələ ilə bağlı Change4Life adlı kampaniyaya başlayıblar.
Onlar valideynlərə kalorisi 100-dən aşağı olan daha sağlam qəlyanaltılara üstünlük verməyi tövsiyə edirlər.

Şəklin mənbəyi, Anthony Devlin/PA Wire
Yeməklərin alınması üçün valideynlərə endirim çekləri təklif olunur.
Yeməklərdə kalorilərin sayı
- Dondurma - 175 kalori
- Çips paketi - 190 kalori
- Şokolad - 200 kalori
- Şirniyyat - 270 kalori
Açıqlanan rəqəmlərə əsasən 10-12 yaşlarında olan uşaqlar bir il ərzində 120-ə yaxın tort və şirin kökə kimi qənnadı məmulatları yeyir.
Aprel ayından Britaniyada spirtsiz içkilərə şəkər vergisi tətbiq olunacaq.








