Krımdan Kiyevə köçmüş krım tatarı Bucurov geri dönəcəyinə inanır
Rusiya Krımı ilhaq edəndən bir çox Krım tatarlarının həyatı, hüquqları uğrunda mübarizəyə çevrilib.
Bəziləri etnik zəmində təhqirlərə məruz qalıb.
İğtişaş və qeyri-müəyyənlikdən cana doyan Bucurovlar ailəsi Kiyevə köçərək yeni həyata başlayıb.
Ailə başçısı İskəndərin Krımda rahat iş yeri var idi - Ukraynada çeburek adlanan ət qutabları bişirib satırdı.
Lakin ailəsinin təhlükəsizliyindən narahat olduğundan Kiyevə köçərək, burada bir qutabxana açıb işlədir.
BBC-dən Anastasiya Qribanova və Vitaly Çervonenko İskəndərin ailəsilə onların dükanında görüşüb.