Londonda Ramazan: azərbaycanlılar iftarı necə açır?
İngiltərədə ən böyük dini icmanı xristianlar təşkil etsə də, onların sayı azalmaqdadır. İkinci ən böyük icma olan müsəlmanların sayı isə sürətlə çoxalır və hazırda müsəlmanlar əhalinin 5 faizə qədərini təşkil edir – onların sayı 3 milyona yaxındır.
Ramazan ayında müsəlmanların çoxunun kafe və restoranlarda iftar açdığını, kütləvi şəkildə məscidləri ziyarət etdiyini görmək olar. Bəs bu ayda Londonda oruc tutan azərbaycanlıların günləri necə keçir?
BBC Azərbaycanca müxbiri Leyla Nəcəfli Londonda oruc tutan azərbaycanlılarla görüşüb.