Kürdlər Suriyada federativ qurum yaradıldığını elan ediblər

Şəklin mənbəyi, Reuters
Suriya kürdləri ölkənin şimalında federativ bölgə yaratdıqlarını bəyan ediblər.
Bu qərar Suriyanın Rmeilam şəhərində danışıqlardan sonra qəbul olunub.
Razılaşmalara əsasən, yeni federal quruma kürdlərin nəzarət etdiyi üç muxtar bölgə daxil olacaq.
Suriya hökuməti artıq bu qərarın hüquqi qüvvəyə malik olmadığını bəyan edib.
Türkiyə hakimiyyət orqanları isə federallaşma haqqında birtərəfli qərara qarşı olduqlarını bildiriblər.
Rusiya XİN rəhbərinin müavini Mixail Boqdanov İnterfaks agentliyinə deyib ki, Moskva Suriyanın birtərəfli şəkildə federallaşması haqqında qərarı dəstəkləmir.
Bundan əvvəl hərbiləşmiş “Kürdüstanın azadlıq şahinləri” (TAK) radikal qruplaşması ötən həftə Ankarada 37 adamın ölümünə səbəb olan partlayış üçün məsuliyyəti öz üzərinə götürüb.
