Venesuela prezidentinin məhşur türk aşpaz Nusretin restoranında yeməsi niyə etirazlara səbəb oldu?

Venesuela prezidenti Nicolas Maduronun, İstanbulda Nusr-Et adlı lüks restoranda yemək yeməsinə etiraz edən Venesuelalılar, restoranın ABŞ-ın Miami şəhərindəki şöbəsi qarşısında etiraz aksiyası keçiriblər.
Təxminən 100 nəfərə yaxın adam restoranın qarşısında aksiya keçirib.
AFP agentliyinə danışan 65 yaşlı Lucy Arroe adlı etirazçı qadın deyib: "Biz acından öldüyümüz vaxt, onun (Maduronun-red.) lüks restoranda böyük ət dilimləri yeməsi yaxşı deyil".
Miami-dəki aksiya iştirakçıları dünya boyu 14 şöbəsi olan restoran şəbəkəsinə də etirazlarını bildiriblər.
Etirazçılardan birin əlindəki plakatda isə yazılmışdı ki, bu restoran, "insanlar əlacsızlıqdan və açlıqdan ölərkən, Venesuela diktatoruna dəstək verir".
Hadisə Maduronun, İstanbuldakı restoranda ət yeyərkən çəkilən görüntülərinin Nusret Gökçe tərəfındən sosial mediada paylaşılmasından sonra baş verib.
Videolardan birində Gökçe, Maduro ve onun arvadına yemək xidməti göstərərkən çəkilib. Digər videoda isə Maduronun üzərində adı yazılmış bir qutudan götürdüyü siqarı çəkdiyi an əks olunub.
"Bütün venesuelalılara hörmətsizlik"
70 yaşlı Yadira Weir adlı etirazçı Nicolas Maduronun ziyafətini "bütün Venesuelalılara hörmətsizlik" kimi qiymətləndirib.

Şəklin mənbəyi, AFP
AFP agentliyi Gökçe'nin restoranlarında yeməyin 70-250 dollar arası dəyişən qiymətlərlə satıldığını qeyd edib.
Restoranın New York şöbəsi önündə də aksiya keçirildiyi bildirilib.
Qəssab və aşpaz Nusret Gökçenin sahibi olduğu Nusr-Et, İstanbulun ən lüks ət restoranlarından biridir.
Etirazlardan sonra Gökçe, Maduroya restoranında qulluq göstərdiyi barədə video paylaşmalarını sosial şəbəkələrdən silib.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Venesuela prezidenti Maduro çərşənbə axşamı Caracas-da jurnalistlərə verdiyi açıqlamada Gökçeni müdafiə edib: "Dostum Nusretə sevgilerimi yollayıram. Dostum, yaxın zamanlarda yenidən İstanbula dönəcəyəm və yenidən görüşəcəyik. Hədiyələr üçün təşəkkürlər".




