Elon Musk ən ucuz Tesla modelini təqdim edib

Şəklin mənbəyi, Tesla Motors via Reuters
Elektrik avtomobil istehsalçısı Tesla şirkəti özünün ən ucuz modelini təqdim edib.
Model 3 avtomobili ilk 30 sahibinə çatdırılıb. Onların çoxu şirkətin əməkdaşlarıdır.
Tesla-nın baş icraçı direktoru Elon Musk-a əsasən Model 3 "qiymətinə görə ən sərfəli avtomobildir".
Ümid edilir ki, 35 min dollar qiymət yarlığı olan yeni avtomobil Tesla maşınlarını kütləvi istehlakçı bazarında əlçatan edəcək.
Model 3-ün əsas rəqibləri Nissan Leaf ($30.680) və Chevrolet Volt-dur ($34.095).
Tesla-nın əvvəl buraxdığı "S" və "X" modellərinin qiyməti 80 min dollardan başlayırdı.
Məlumata əsasən 2017-ci il ərzində hər həftə 5 min Model 3 istehsal olunacaq. Növbəti il bu rəqəmin iki dəfə artacağı gözlənilir.
Şirkətin verdiyi texniki rəqəmlərə görə Model 3 tam dolu batareya ilə 354 kilometr məsafəni qət etməyə qadirdir.
Bu həftə Britaniya 2040-cı ildən sonra dizel və benzinlə işləyən yeni avtomobilləri qadağan edəcəyini bildirib.

Şəklin mənbəyi, Reuters







