Facebook-un yeni funksiyası narahatlıq doğurur

Facebook istifadəçilərinin yarıdan çoxu bu sayta mobil telefonundan daxil olur.
Ekspertlər xəbərdarlıq edirlər ki, Facebook-un istifadəçilərə öz statuslarını redaktə edərək yeniləmə imkanı verən funksiyası bir çox əməli-saleh olmayan adamların öz qeydlərini keçmiş tarixlə dəyişdirirək oxucuları axmaq vəziyyətinə salmasına səbəb ola bilər.
Bundan əvvəl hər hansı düzəliş etmək üçün istifadəçilər qeydləri silib statusu dəyişiklərlə birlikdə yenidən dərc etməli idilər. Bu zaman müəllif bütün şərhləri və “like”ları itirirdi.
Yeni funksiya qrammatik və hərf səhvlərinin keçmiş tarixlə təzələnməsinə imkan yaradır.
Bu zaman mətni bəyənmiş və ona şərh yazmış istifadəçilər düzəlişlər barədə bildiriş almırlar.
Postları redaktə etmək imkanını başqa rəqib sosial şəbəkələr, məsələn “LiveJournal” da təklif edir.
Öz növbəsində Facebook indiyədək istifadəçilərinə dərc etdikləri fotoşəkillərə qoyduqları imzaları və başqa adamların postlarına şərhləri redaktə etmək imkanı veirirdi.
Real risk

Qeydlərdə edilmiş düzəlişlər barədə bildirişlərin verilməməsi ona gətirib şıxara bilər ki, ziyansız bir qeydi – məsələn “mən öz pişiyimə məftunam” kimi postu bəyənmiş adam sonradan öz imzasını tamamilə başqa və bəlkə də ədəbsiz bir qeydin altında aşkar edə bilər.
“Facebook-un yeni funksiyası, postları onların dərcindən sonra redaktə etmək imkanı verir. Bu mənim dostlarımın və biznes müştərilərimin narahatlalığına səbəb olub, - deyir eSocialMedia məsləhət şirkətinin direktoru Kieran Hannon, - əvvəllər dəyişməyən məzmuna verilən “like” və ya şərh, innən belə düzgün interpretasiya olunmaya bilər. Bunu az məlumatlı istifadəçilər hazırda bilmirlər”.
Ekspertin sözlərinə görə, indi Facebook-da dostları və dost olmayanları gözdən salmaq daha asan olub.
Dəyişdirilmiş statusların redaktə olunduğu işarələnir. Üstəlik istifadəçilər düzəlişlərin tarixçəsinə baxmaq imkanına malikdirlər.
Facebook yeni redaktə imkanını ona görə verib ki, istifadəçilərin böyük əlsəriyyəti sayta mobil telefonlar vasitəsilə daxil olur və bu halda qrammatik və başqa yazı səhvlərinə yol vermək şansı daha böyükdür.
“Bu çətin ki, orfoqrafik səhvlərin düzəlişindən başqa daha nəyəsə təsir etsin, - deyir Econsultancy şitrkətinin direktoru Matt Owen, - əgər adamlar öz ictimai profillərini daha yaxşı idarə edə biləcəklərsə, son nəticədə bundan razı qalacaq və funksiyadan daha çox istifadə edəcəklər. Bu həm Facebook, həm də istifadəçilər üçün sərfəlidir”.
Facebook-da öz səhifələri olan şirkətlər hələlik yeni redaktə funksiyasından istifadə edə bilmirlər. Lakin Hannon bildirir ki, müştərisi olan biznesləri ehtiyatlı olmağa çağırıb.
“Narahatlıq doğuran budur ki, şirkət postu bəyəndiyini bildirə və şərh qoya bilər və sonradan postda brendi nüfuzdan salan və ya ona ziyan vuran düzəliş edilə bilər” – deyir Hannon.




